UEFA-dan "Qalatasaray"a pis xəbər

Okan Buruk UEFA Avropa Liqasında keçirilən "Sparta Praqa" - "Qalatasaray" görüşündən sonra 2 oyunluq cəzalandırılmışdı.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, UEFA "Qalatasaray"ın çalışdırıcısı Okan Buruka verdiyi 2 oyunluyq cəzanı təstiqləyib.

Baş məşqçi ilə yanaşı futbolçu Kaan Ayhan və klubun işçisi Serhat Doğanın da cəzaları qüvvədə qalıb.

Qeyd edək ki, "Qalatasaray" bütün bu qərarlar üçün UEFA-ya müraciət etsə də, apellyasiya şurası sözügedən cəzaları təstiqləyib.