UEFA-dan "Qarabağ"ın rəqibinə xəbərdarlıq

UEFA "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi - "Napoli"yə xəbərdarlıq edib.

Sportline.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

UEFA-nın xəbərdarlığına səbəb "Napoli"nin Liqa mərhələsinin 4-cü turunda Niderlandda PSV-yə uduzduqları (2:6) oyunda əxlaq davranışları qaydalarını pozması olub. Həmin vaxt komandanın baş məşqçisi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib. 

Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də səfərdə "Napoli" ilə qarşılaşacaq.