Elxan Məmmədov və 12 rəqibi

Bu gün UEFA-nın növbəti konfransı keçiriləcək.

SportLine.az-ın xəbərinə görə, konfransda UEFA İcraiyyə Komitəsinə seçkilər də keçiriləcək.

AFFA-nın baş katibi Elxan Məmmədovun da namizədliyini irəli sürdüyü seçkidə 13 federasiya rəsmisi 8 vakant yer üçün mübarizə aparacaq.

Bunlar Karl-Erik Nilson (İsveç), Reinhard Qrindel (Almaniya), Mişel Uya, (İtaliya), Con Delaney (İrlandiya), Zbinqnievn Boniek (Polşa), Marios Lefkaritis (Cənubi Kipr), David Gill (İngiltərə), Elxan Məmmədov, (Azərbaycan), Servet Yardımcı (Türkiyə),  Kayrat Boranbayev (Qazaxıstan), Armand Duka (Albaniya), Kieran O'Konnor (Uels) və  Mixael Van Praqdı (Hollandiya).

Bunlardan David Gill və Marios Lefkaritis UEFA-nın sabiq prezidenti Mişel Platinin dönəmində İdarə Heyətində yer alıblar. 

Qeyd edək ki, Finlandiyanın Helsinki şəhərində keçiriləcək konfrans Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.