UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) klubların yeni reytinq cədvəlini təqdim edib.

Sportline.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti rəsmi saytında 2024/2025 mövsümünün əvvəlində yenilənmiş klub reytinqini dərc edib.

Reytinqin ilk pilləsində İngiltərənin “Mançester Siti” klubu qərarlaşıb. İkinci yeri Çempionlar Liqasının hazırkı qalibi "Real Madrid" tutub . İlk üçlüyü Bavariya  qapayıb.

Siyahının ilk 10 pilləsi isə belədir:

 

1."Mançester Siti"

2."Real Madrid"

3."Bavariya"

4."Liverpul"

5."Roma"

6.PSJ

7."Vilyareal"

8."Borussiya" Dordmund

9."Çelsi"

10."İnter".