UEFA Millətlər Liqası: 1/4 final və pley-off mərhələsinin ilk oyunları keçirilib

UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin ilk görüşləri keçirilib.

Sportline.az xəbər verir ki, Türkiyə millisi "Rams Park"da Macarıstanı sınağa çəkib. "Ay-ulduzlular" 17 illik qələbə həsrətindən sonra macarlardan üstün olublar.

Azərbaycanlı futbol azarkeşlərini yaxından maraqlandıran görüşlərdən biri Xorvatiya ilə Fransa arasında olub.

Cütün qalibi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olacaq.

UEFA Millətlər Liqası

20 mart

1/4 final

Xorvatiya – Fransa 2:0

İtaliya – Almaniya 1:2

Niderland – İspaniya 2:2

Danimarka – Portuqaliya 1:0

A və B Liqaları

Pley-off, ilk oyunlar

Türkiyə – Macarıstan 3:1

Avstriya – Serbiya 1:1

Ukrayna – Belçika 3:1

Yunanıstan – Şotlandiya 0:1

B və C Liqaları

Pley-off, ilk oyunlar

Ermənistan – Gürcüstan 0:3

Slovakiya – Sloveniya 0:0

Bolqarıstan – İrlandiya 1:2

Kosovo – İslandiya 2:1

Qeyd edək ki, tərəflər arasında cavab görüşləri martın 23-də reallaşacaq.