UEFA "Qarabağ"la oyundakılara görə "Nant"ı cəzalandırdı

UEFA "Nant"ını cərimələyib.

Sportline.az xəbər verir ki, Fransa klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la (2:1) görüşündə etdiklərinə görə cəzalandırılıb.

Belə ki, UEFA "Nant"ı "Bojuar" stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 min avro, pirotexniki vasitələrdən istifadə edildiyinə görə isə 30 min avro məbləğində cərimələyib.

Bundan savayı isə UEFA "Yuventus"a qarşı keçiriləcək pley-off görüşündə tribunaların qismən bağlanmasına qərar verib.

Verilən cəzalardan sonra klubun apellyasiyaya müraciət edəcəyi açıqlanıb.