UEFA-nın illik gəliri açıqlandı
2015-2016-cı il mövsümü üçün UEFA-nın ümumi gəliri 4,58 milyard avro olub. Sportline.az qurumun saytına istinadən xəbər verir ki, bu vəsaitin 3,31 milyardı xərclərə sərf olunub. Gəlirin əsasını təşkil edən 2,16 milyar avro isə, teleyayım hüquqlarının satışından əldə olunub.