UFC-də 17 yaşlı idmançı

ABŞ təmsilçisi Raul Rosas Mütləq Döyüş Çempionatında (UFC) ən gənc idmançı kimi tarixə düşüb.

Sportline.az xəbər verir ki, 17 yaşlı döyüşçü "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində özündən 8 yaş böyük olan Mandro Qutyerresə qalib gəlib - 7:2.

Beləliklə, Rosas UFC tarixinin ən gənc üzvü adına sahib çıxıb və qurumla müqavilə imzalayıb.

Qeyd edək ki, daha əvvəl 2019-cu ildə Çeyz Huper 19 yaşında yarışda debüt edib.