UFC-dən Makqreqorla bağlı açıqlama
Döyüş növləri həvəskarlarının sevimlisi Konor Makqreqorun yenidən aktoqona dönüşü gündəmdədir.
Sportline.az xəbər verir ki, irlandiyalı idmançının yaxın vaxtlarda yenidən pərəstişkarlarını sevindirməsi gözlənilir.
Onun qayıdışının gələn ilə təsadüf edəcəyi bildirilir.
UFC-nin prezidenti Dana Uayt FULL SEND podkastındakı son açıqlamasında bunları deyib:
"O, 100 faiz gələn il döyüşə çıxacaq. Həm Konorun, həm də Çendlerin kifayət qədər pulu var. Ona görə, də tez bir zamanda onların üz-üzə gələcəyini gözləməyə dəyməz. Amma, döyüş gələn il mütləq baş tutacaq".
Qeyd edək ki, 35 yaşlı Makqreqor keçirdiyi 28 MMA döyüşünün 22-də qələbə çaldığı halda 6 görüşü məğlub başa vurub.