Ukrayna çempionatının bombardiri Azərbaycan klubunda

"Zirə" qış fasiləsində ilk transferini reallaşdırıb. 

Sportline.az Sports.az saytına istinadən xəbər verir ki, Kiyev "Dinamo"sunun forvardı Vladislav Kulac paytaxt klubuna transfer olunub. 

Futbolçu ilə 1.5 illik müqavilə imzalanıb. 

Poltava "Vorskla"sınln heyətində 2020/21 mövsümündə Ukrayna çempionatının bombardiri olmuş oyunçunun son klubu Kiyev "Dinamo"su idi. 

Donetsk futbolunun yetirməsi karyerasına "Şaxtyor"da başlayıb, ölkəsində bir neçə komandada çıxış edib,
Macarıstanın "Honved" və Türkiyənin "Əskişəhərspor" klublarında legioner həyatı yaşayıb, Uktaynanın aşağı yaş millilərinin şərəfini qpruyub. 

Kulac bu axşam Bakıya gəlir. "Zirə" tezliklə onun transferini rəsmi açıqlayacaq.