Ukraynalı futbolçu "Keşlə"yə keçə bilər

"Keşlə" heyətini ukraynalı futbolçu ilə gücləndirə bilər. SportLine.az xəbər verir ki, bu barədə məlumatı Bakı klubunun baş məşqçisi Yuri Maksimov footbom.com saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, klub “Yagelloniya”nın sabiq yarımmüdafiəçisi Dmitri Xomçenovski ilə maraqlanır. Futbolçu ilə razılıq əldə olunsa, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, D.Xomçenovski bir neçə gün öncə Polşa klubu ilə yollarını ayırıb.