Ulduz futbolçu "Arsenal"a qarşı oynamayacaq
"Mançester Yunayted"in futbolçusu Kazemiro Premyer Liqanın 21-ci turunda "Arsenal"la oyunu buraxacaq.
Sportline.az xəbər verir ki, buna səbəb sarı vərəqə limitidir. 30 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 7-ci turunun "Kristal Pelas"la təxirə salınmış oyunda (1:1) Vilfred Zahaya qarşı kobud oyuna görə xəbərdarlıq alıb. Bu, onun Premyer Liqanın cari mövsümündə 5-ci sarı vərəqəsi olub.
Beləliklə, Kazemiro yanvarın 22-də "Arsenal" a qarşı keçiriləcək oyunu buraxacaq.