Ulduz futbolçu karyerasını bitirdi
"Brügge"nin qapıçısı Simon Minyole Belçika millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Sportline.az xəbər verir ki, bu barədə 35 yaşlı qolkiper sosial şəbəkə hesablarında yazıb: "Qürur. Şərəf. Minnətdarlıq. Bu üç sözlə karyeramın bu gözəl fəslini təsvir edə bilərəm".
Minyole 25 mart 2011-ci ildə Belçika millisində debüt edib və o vaxtdan yığmanın heyətində 35 oyuna çıxıb. O, DÇ-2018-in bürünc mükafatçısı olub.