Ulduz futbolçu karyerasını bitirir
İtaliyanın məşhur futbolçusu Corco Kyellini karyerasını bitirmək haqqında düşünür.
Sportline.az xəbər verir ki, 39 yaşlı futbolçu bu haqda MLS kubokunun finalı ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib.
"Los Anceles"in müdafiəçisi azarkeşlərə belə mesaj verib: "Beynimi. ürəyimi, yoxsa ayaqlarımı eşitməliyəm? Bunu dərk eləmək vaxtıdır. Bu, bəlkə də mənim son oyunum olacaq".
Qeyd edək ki, uzun illər "Yuventus"un şərəfini qoruyan təcrübəli müdafiəçi 2022-ci ildən "Los Anceles"in formasını geyinir.