Ulduz futbolçu "Milan"ı tərk edir

"Milan"da ayrılıq gözlənilir.

Sportline.az xəbər verir ki, söhbət fransalı forvard Olivye Jirudan gedir.

"Football Italia"nın yaydığı məlumata görə, təcrübəli hücumçu ilə müqavilənin müddəti uzadılmayacaq.

Belə olduğu halda o, bu yay azad agent statusunda klubu tərk edəcək.

37 yaşlı futbolçunun ABŞ-nin MLS-inə yollanacağı gözlənilir.