Ulduz futbolçu Platinini keçdi
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Zenit” üzərində 4:2 hesablı qələbə "Yuventus"un hücumçusu Paulo Dibala üçün əlamətdar olub.
Sportline.az xəbər verir ki, oyunda dubl edən argentinalı hücumçu Turin klubunun sabiq futbolçusu Mişel Platinini geridə qoyub. Bununla qollarının sayını 106-ya çatdıran Dibala əfsanəvi hücumçunu qabaqlayıb. Platininin aktivində 104 qolu var.
Qeyd edək ki, H qrupunda yer alan “Yuventus” ilk 4 turda 12 xal qazanıb.