Ulduz futbolçu "Laypsiq"də qaldı

"Pari Sen Jermen" ulduz futbolçusunun xidmətinə bu mövsüm də ehtiyac duymayıb. 

Sportline.az xəbər verir ki, Xavi Simons yeni mövsümü də icarə əsasında Almaniyada keçirəcək.

Niderland millisinin 21 yaşlı futbolçusu ardıcıl iki mövsüm "Laypsiq"in uğurları üçün çalışacaq.

Bu haqda PSJ-nin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 43 oyunda 10 qol və 15 asistlə fərqlənib.

"Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro kimi göstərir.