Ulduz futbolçu Türkiyə klubundan imtina etdi

"Everton"un futbolçusu Xames Rodriqes "Başakşehir"ə keçməkdən imtina edib.

Sportline.az xəbər verir ki, bu barədə türk jurnalist Yağız Sabuncuoğlu özünün "Tvitter" səhifəsində yazıb. Qeyd olunub ki, İstanbul təmsilçisi bu transferlə bağlı "Everton"la razılaşsa da, futbolçu və onun meneceri ilə razılığa gələ bilməyib.

Qeyd edək ki, X.Rodriqes ötən mövsüm "Everton"da 26 oyuna çıxıb, 6 qol vurub və 9 qolun ötürməsini verib.