Ulduz futbolçu üçün yeni müqavilə
PSV futbolçusu Mario Götze ilə müqaviləni yeniləyib.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı futbolçunun Eyndhoven təmsilçisi ilə yeni sözləşməsi 2024-cü ilə qədərdir.
Qeyd edək ki, DÇ-2014-ün final oyununda yeganə qolu vuraraq Almaniyaya dünya çempionluğununu qazandıran Mario karyerası ərzində “Borussiya”(Dortmund) və “Bavariya”da da oynayıb.