Ulduz futbolçu "zadəgan" olaraq qalır

"Çelsi" futbolçusu Tiaqo Silva ilə müqaviləni uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı müdafiəçi ilə yeni müqavilə 2024-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

Tiaqo 2020-ci ildən "Çelsi"də çıxış edir. O, klubu ilə Çempionlar Liqası, Avropa Superkuboku və klublararası dünya çempionatının qalibi olub.

Silva bu mövsüm bütün turnirlərdə "Çelsi"nin heyətində 24 oyunda 2 qolun ötürməsini verib.

Banner