Ulduz futbolçuya ağır cəza
"Mançester Yunayted"in futbolçusu Kazemiro 4 oyunluq cəza alacaq.
Sportline.az xəbər verir ki. bu barədə “Sky Sports” məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 27-ci turunda "Sauthempton"la (0:0) oyunda qırmızı vərəqə ilə cəzalandırılıb. Bu. Kazemironun cari mövsümdəki 2-ci "qırmızısı"dır. O, fevralın 4-də "Kristal Pelas"la matçda da qırmızı vərəqə alıb.
Bildirilir ki, bu səbəbdən Kazemiro 4 oyunluq cəzalandırılacaq.
Qeyd edək ki, braziliyalı futbolçu 2022-ci lin yayından "Mançester Yunayted"də oynayır.