Ulduz futbolçuya yeni müqavilə

"Yuventus" futbolçusu Paulo Dibalaya yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Turin təmsilçisi 27 yaşlı hücumçuya 3 illik yeni sözləşmə təklif edib. O, müqaviləni qəbul edərsə, klubda illik 8+2 milyon avro maaş qazanacaq.

Qeyd edək ki, Dibala geridə qalan mövsüm 20 matçda 4 qol vurub.