Ulduz oyunçu yenidən "Fənərbağça"da
Çinin "Tianjin" komandası ilə çempionluq sevinci yaşayan Melissa Varqas yenidən Türkiyəyə qayıdıb.
Sportline.az xəbər verir ki, ulduz voleybolçu mövsümün qalan hissəsində "Fənərbağça"nın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Melissa Varqas ötən yay Türkiyə milli komandası ilə 3 turnirin qalibi olub.
Daha sonra Çinə yollnan oyunçunun Asiya macərası uzun sürməyib.