Ulduzlar xeyriyyə matçında üz-üzə gəldilər

Dünya ulduzlarının iştirakı ilə xeyriyyə matçı keçirilib.

Maradona, Ronaldinio, Krespo, Totti, Di Natale kimi futbolçuları meydanda görmək futbol azarkeşlərinin ürəyincə olub. Romanın “Stadio Olimpiko” arenasında keçirilən matç, gözlənildiyi kimi, rəngli görünütülərlə yadda qalıb. 7 qolun vurulduğu qarşılaşmadada Antonio Di Natale, Frederik Kanute, Françesko Totti, Boyan Krkiç, Hernan Krespo, Nikolas Burdisso və Fernando Kavenaqi fərqlənib.

Qeyd edək ki, xeyriyyə matçı Roma Papasının təşəbbüsü ilə keçirilib.