Ulduzların görüşündə Bekhemin komandası qalib oldu
Sabiq ingiltərəli futbolçu Devid Bekhemin xeyriyyə matçı keçirilib. SportLine.az xəbər verir ki, ingiltərəli və irlandiyalı futbolçulardan təşkil olunmuş Bekhemin komandasının rəqibi Zinəddin Zidanın liderlik etdiyi Dünya seçməsi olub. Görüş 3:1 hesabı ilə Bekhemin komandasının xeyrinə yekunlaşıb.
Matçın ən yaddaqalan anlarından biri 75-ci dəqiqədə olub. Həmin Devid Bekhem əvəzlənərək yerini 16 yaşlı oğlu Bruklin Bekhemə verib.