Ulduz futbolçu karyerasını bitirdi

"Mançester Yunayted"in futbolçusu Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçi özünün "İnstaqram" hesabında məlumat verib. O, artıq yeni nəsil futbolçulara şans verməyin vaxtı çatdığını bildirib. Oyunçu bir neçə ay düşündükdən sonra bu qərarı verdiyini vurğulayıb.

Varan Fransa millisində debütünü 2013-cü il martın 22-də DÇ-2014-ə seçmə mərhələsində Gürcüstanla matçda (3:1) edib. O, yığmada 93 oyuna çıxmışdı.

Banner