Vaqif Cavadov:"Bu gün bu komandalar rahat qələbə qazanacaqlar"

Futbol üzrə Dünya çempionatında mübarizə davam edir.

Sportline.az xəbər verir ki, bu gün qrup mərhələsinin ikinci turunda növbəti görüşlər keçiriləcək. Maraqlı oyunlardan birində Niderland İsveçlə, Almaniya Fildişi Sahili ilə qarşılaşacaq.

"Space" Tv-nin efirində yayımlanan "Amerika gündəliyi" verlişinin eksperti Vaqif Cavadov bu görüşlərlə bağlı fikrini açıqlayıb. Milli komandamızın sabiq üzvü Niderland və Almaniya komandalarının bugünkü oyunların aşkar favoriti saydığını bildirib. Onun qənaətincə, həm Bundesdim, həm də "narıncılar" qarşılaşmanı rahat qələbə ilə başa vuracaq. 

Qeyd edək ki, Niderland - İsveç görüşü Bakı ilə saat 21:00-da, Almaniya - Fildişi Sahili matçı isə gecə yarısı saat 00:00-da başlanacaq.

Banner