Vəli Qasımov: "Favoritim İspaniya millisidir"

"Avropa çempionatında favoritim İspaniya millisidir".

Bunu Sportline.az-a açıqlamasında tanınmış futbolçu Vəli Qasımov deyib.

Vaxtilə İspaniyanın "Betis", "Albasete" və "Esixa" klublarının formasını geyinən veteran hücumçu çempionatın əvvəlindən "Qırmızı furiya"nın qələbəsinə inandığını bildirib: "İspaniya millisinə həmişə simpatiyam olub. Bu Avropa çempionatında da favoritim dəyişməz olaraq qalır. İspaniyalılar bu mərhələyədək göstərdikləri oyunla statuslarını təsdiqləyiblər. Bugünkü oyunda da Fransanı üstələyəcəklərinə inanıram. Düşünürəm ki, sonda sevinən də məhs İspaniya olacaq".

Qeyd edək ki, 1/2 final mərhələsinin bu gün keçiriləcək İspaniya - Fransa matçı saat 23:00-da başlanacaq.