Vengerin "Arsenal"dakı taleyinə aydınlıq gətirildi

Azarkeşlərin Arsen Vengerdən yaxa qurtarmaq istəyi alınmayacaq. Sportline.az The Sun-a istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis yaxın vaxtlarda klubla yeni - iki illik müqavilə imzalayacaq. Arsen Venger hətta "topçular"ın Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə belə komandanın sükanı arxasında qalacaq. İngilis həmkarlarımızın yaydığı məlumata görə, klub rəhbərliyi bu haqda rəsmi açıqlamanın azarkeşlərdə yaradacağı hiddətə də hazırdır. Xatırladaq ki, 21 ildir "Arsenal"ı çalışdıran fransalı komandaya 3 dəfə İngiltərə çempionu adını, 6 dəfə isə kubokunu qazandırıb.