"Vest Hem Yunayted" - "Çelsi": Düşərgələrdəki son vəziyyət

İngiltərə Premyer Liqasında bu gün 2-ci tura start veriləcək.

Sportline.az xəbər verir ki, London derbisində "Vest Hem Yunayted" "Çelsi"ni qəbul edəcək.

Heyətlərə nəzər saldıqda "Vest Hem"də Luis Quilherme və Kraysensio baş məşqçi Qraham Potterin sərəncamında olmayacaq.

"Çelsi"də isə Benua Badiaşili, Levi Kolvil, Tosin Adarabioyo, Omari Kelliman və Romero Lavia zədə səbəbindən komandasına komək edə bilməyəcək.

Qeyd edək ki, "Vest Hem Yunayted" - "Çelsi" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Oyunun ədalət təmsilçisi Maykl Oliver olacaq.