"Vest Hem Yunayted" ukraynalı futbolçunun xidmətində maraqlıdır

"Şaxtyor"un ukraynalı futbolçusu Georgi Sudakov "Vest Hem Yunayted"dən təklif alıb.

Sportline.az xəbər verir ki, futbolçu bu təklifə müsbət cavab verib.

Bu haqda jurnalist Alan Nixon məlumat yayıb.

Lakin "Şaxtyor"un rəhbərliyi oyunçunu satmaq istəmir.

Qeyd edək ki, Sudakovun dəyəri "Transfermarkt" portalına görə, 32 milyon avrodur.