Vilfred Zaha İngiltərə klubunun radarına düşüb
Bu mövsümün əvvəlində "Kristal Palas"dan "Qalatasaray"a transfer olunan Vilfred Zaha yenidən İngiltərəyə qayıda bilər.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Fulhem" klubu "Qalatasaray"ın əsas heyətindən kənarda qalan Zahanı transfer etmək istəyir.
31 yaşlı hücumçu Türkiyə klubu ilə bu mövsüm çıxdığı 39 oyunda 10 qol, 5 asistlik performans göstərib.
Qeyd edək ki, Zahanın "Qalatasaray"la olan müqaviləsi 2026-cı ilə qədərdir.