Vinçenso Montella: “Yaxşı çıxış etdik, futbolçularımdan razıyam”
Türkiyə millisinin baş məşqçisi V.Montella Monteneqro ilə matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, Montella futbolçularının çıxışından razı qaldığını dilə gətirib.
“Oyunçularımın çıxışından razıyam. Yaxşı oynadılar. 3 gündə bir matça çıxırlar. Hər halda bu onların oyuna köklənməsinə təsir edən amillərdən biri ola bilər. Qrupda liderik, liderdə çıxmaq istəyirik”, - deyə V.Montella bildirib.
Qeyd edək ki, Türkiyə millisi növbəti matçını 14 oktyabr səfərdə İslandiya seçməsi ilə keçirəcək. Görüş 22:45-də başlayacaq.