Vini "Real"dan ayrılır?
"Real Madrid"in brazilyalı ulduz futbolçusu Vinisius Junior bu yay klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
İspaniya klubunun rəhbərliyi yaxşı təklif gələcəyi halda, futbolçunu satacaq.
Qeyd edək ki, son 1 ayda oyunçu ilə klub arasında əlaqələr qopub.
Vinisiusun "Real Madrid"lə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.