Vinisius "Real Madrid"dən 25 milyon avro tələb edir
"Real Madrid"in brazilyalı ulduz futbolçusu Vinisius Junior rəhbərliktən illik 25 milyon avro maaş istədiyini söyləyib.
Sportline.az xəbər verir ki, bu haqda "Cadena Cer" nəşri məlumat yayıb.
Rəhbərlik bu təklifə cavab verməyib. Oyunçuya yüksək maaş verilməzsə, Vini klubdan ayrılacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları 25 yaş futbolçu ilə yaxından maraqlanır.
Vinisiusun "Real"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.