Vitor Pereyra istefaya göndərildi
“Korintians” baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bunu Braziliya klubunun prezidenti Duilio Monteyro Alveş yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis rəhbərliyin qərarı ilə istefaya göndərilib. Buna səbəb komandanın uğursuz çıxışı göstərilib.
Qeyd edək ki, “Korintians” hazırda 81 xalla 4-cü pillədə qərarlaşıb.