Vlahoviç İngiltərə nəhənginə transfer ola blər

"Yuventus"un serbiyalı forvardı Duşan Vlahoviç "Mançester Yunayted"in diqqət mərkəzindədir.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Mançester klubu 25 yaşlı futbolçu rəsmi təklif göndərməyi planlaşdırır.

Turin klubu futbolçusundan ən azı 40 milyon avro gəlir əldə etmək istəyir.

Qeyd edək ki, "Mançester Yunayted"in rəhbərliyi Vlahoviçin meneceri ilə bu həftə görüşəcək.