Volkan Demirel Aleks haqqında danışıb

“Bodrumspor”un baş məşqçisi Volkan Demirel brazilyalı çalışdırıcı Aleks De Souza haqqında müsbət fikirlər səsləndirib.

Sportline.az xəbər verir ki, jurnalistlərə müsahibə verərkən 43 yaşlı mütəxəsis bu fikirləri söyləyib;

“Aleks ilə 12 il birliktə çıxış etdik. O əfsanə futbolçudur. İndidə baş məşqçi kimi uğurlar qazanmaq istəyir. Onun böyük məşqçi olacağından şüphəm yoxdur. O bizim kapitanımız idi. “Antalspor” ilə yaxşı işlər görür. Bu oyun bizim üçün dostluq matçı kimi olacaq”, - deyə Volkan Demirel bildirib.

Qeyd edək ki, “Antalyaspor” – “Bodrumspor” matçı bu gün saat 14:30-da başlayacaq.