Xames "Rayo Valyekano"dan ayrılır

Xames Rodrigez "Rayo Valyekano"dan ayrılacaq.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun müqaviləsinə xitam veriləcək.

Qeyd edək ki, Xames cari mövsüm çıxış etdiyi 7 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.