Xavi Almaniya klubundan ayrılmaq niyyətindədir

"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, futbolçu İngiltərənin "Çelsi" klubuna transfer olmaq istəyir.

22 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 70 milyon avrodur.

Qeyd edək ki, X.Simonsun klubla sözləşməsi 2027-ci ilin yayına qədərdir.