Xavi "Çelsi"yə transfer olmaq istəyir
"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons "Çelsi"yə transfer olmaq istəyir.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Almaniya klubununda ayrılmaq niyyətindədir.
X.Simonsun transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, gənc futbolçu "Barselona" klubunun yetirməsidir.