Xorvatiya - Kosovo görüşü 22-ci dəqiqədən davam etdiriləcək
Ötən gecə tamamlanmayan Xorvatiya - Kosovo oyunu ilə bağlı qərar verilib. Sportline.az xəbər verir ki, güclü yağış səbəbi ilə məcburən dayandırılan oyun bu gün oynanılacaq. Görüş Bakı vaxtı ilə 16:30-da qaldığı yerdən davam edəcək.
Qeyd edək ki, qarşılaşma 22-ci dəqiqədə dayandırılmışdı.