Xorvatiya millisinin üzvü zədə səbəbindən mövsümü başa vurub

Xorvatiya millisinin və "Torino"nun yarımmüdafiəçisi Nikola Vlaşiç üçün mövsüm vaxtından əvvəl sona çatıb.

Sportline.az Skysport-a istinadla xəbər verir ki, 26 yaşlı oyunçu A Seriyasında “Bolonya” ilə matçında (0:0) zədələnib.

Həkim müayinəsindən sonra məlum olub ki, onun zədəsi ciddidir. Futbolçunun sağalması üçün təxminən 2 ay vaxt lazım olacaq.

Qeyd edək ki, Vlaşiç bu mövsüm 33 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.