Xudiyev Türkiyə - Portuqaliya matçında
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.
Sportline.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət Türkiyə və Portuqaliya yığmaları arasında dünya çempionatının seçmə oyununda hakim-isnpektor olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 16-da Türkiyənin Alanya şəhərindəki "Oba" stadionunda keçiriləcək.