Yan Zommer milli komandadakı karyerasını bitirib

İsverçrə millisinin qapıçısı Yan Zommer milli komandadakı karyerasını bitirdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə İsveçrə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yan Zommer 2012-ci ildən şərəfini qoruduğu milli komandada 94 oyuna çıxıb.O, bu görüşlərdə 92 qol buraxarkən, 35 dəfə qapısını toxunulmaz saxlayıb.

35 yaşlı qolkiper 3 dəfə ölkəsində ilin futbolçusu seçilib.(2016, 2018, 2021).

Qeyd edək ki, "İnter"də çıxış edən Sommerin İtaliya klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.