Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib
Futbol üzrə Yaponiya millisinin baş məşqçisi Moriyasu Hadzimenin müqaviləsinin müddəti uzadılıb.
Sportline.az Yaponiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Hadzime 2018-ci ildəki dünya çempionatından sonra yığmanın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında Qətərdəki mundialda 1/8 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.