DÇ: Türkiyə, Italiya və Rusiya qələbə ilə başladı

Bu gün Yaponiyada qadın voleybolçular arasında Dünya çempionatı start götürür.

SportLine.az xəbər verir ki, Mundialda 24 komanda iştirak edir. Reqlamentə əsasən, 24 komanda 4 qrupda mübarizə aparacaq. İlk 4 yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcək. Yarışın qalibi oktyabrın 20-də Yokohama şəhərində keçiriləcək final görüşündən sonra məlum olacaq.

Azərbaycan seçməsi "C" qrupunda yer alıb. Komandamızın rəqibləri son Dünya çempionu - ABŞ, eləcə də, Rusiya, Tayland, Trinidad və Tobaqo və Cənubi Koreya milliləridir. 

İlk turun afişası isə belədir:


Voleybol, DÇ-2018

29 sentyabr 2018

"A" qrupu

Meksika - Kamerun - 1:3 (25:17 | 23:25 | 16:25 | 21:25)

Almaniya - Hollandiya - 1:3 (25:22 | 21:25 | 22:25 | 30:32)

Argentina - Yaponiya - 0:3 (15:25 | 13:25 | 12:25)

"B" qrupu

Bolqarıstan - İtaliya - 0:3 (15:25 | 19:25 | 22:25)

Türkiyə - Kanada - 3:0 (25:18 | 25:13 | 25:11)

Çin - Kuba - 3:0 (25:12| 25:23 | 25:14)

"C" qrupu

Rusiya - Trinidad və Tobaqo - 3:0 (25:21 | 25:11 | 25:12)

Azərbaycan - ABŞ - 0:3 (27:29 | 21:25 | 21:25)

Cənubi Koreya - Tayland - 2:3 (25:18 | 22:25 | 19:25 | 25:13 | 11:15)

"D" qrupu

Puerto Riko - Braziliya - 0:3 (25:27 | 12:25 | 7:25)

Dominikan Respublikası - Serbiya - 0:3 (17:25 | 20:25 | 22:25)

Qazaxıstan - Kenya - 0:3 (23:25 | 22:25 | 21:25)