Yay Paralimpiya Oyunlarının məşəli Tokioya gətirilib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının məşəl estafetinin sonuncu mərhələsi başlayıb.

Sportline.az xəbər verir ki, tədbir Yaponiyanın paytaxtı Tokiodakı meriya binasının qarşısında baş tutub.

Şəhər qubernatoru Yuriko Koike paralimpiadanın təşkilində köməklik göstərən hər kəsə təşəkkür edib. O, yarışın uğurlu və təhlükəsiz olacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Məşəl estafeti koronavirus pandemiyası ilə əlaqədar məhdud çərçivədə baş tutub.