"Qarabağ" qələbə ilə başladı

Bu gün Topaz Premyer Liqasında 2017/2018-ci il mövsümü start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olacaq. Son çempion "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

Yay transfer pəncərəsində heyətini yeniləyən "ağ-qaralar" ötən mövsümdə yaşanan uğursuzluqları unutdurmaq niyyətindədirlər. "Köhlən atlar" isə meydana statusunu təstiqləməyə çıxacaq.

8-ci km stadionunda keçiriləcək matçda əsas söz sahibi Əliyar Ağayev olacaq.


11 avqust 2017
TPL, 1-ci tur

“Neftçi” – “Qarabağ” - 1:3
QOLLAR:
Mahir Mədətov, 15 (0:1); Mahir Mədətov, 40 (0:2); Dino Ndlovu, 62 (0:3); Rahid Əmirquliyev, 90 (1:3)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu

“Neftçi”: 1. Səlahət Ağayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 10. Derlis Meza Kolli, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 12. Daniel Seqovia, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk 

Baş məşqçi:  Elxan Abdullayev

“Qarabağ”: 1. Anton Konibalotski, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 39. Zaur Fərzəliyev, 88. Elşən Abdullayev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov