Yeniyetmə güləşçilərimiz Avropa çempionatına yollanırlar

Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək. 

SportLine.az xəbər verir ki, iyunun 15-i başlayacaq yarış 3 gün davam edəcək. Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvləri çempionatda iştirak edəcək. 

İlk yarış günündə sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Məşqçi Namiq Quliyevin rəhbərliyi altında Əbdül Abdullayev, İbrahim Musayev (hər ikisi 38 kq), Cavid Cavadov (41 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (hər ikisi 44 kq), Əkbər Vəliyev (48 kq), Riyad Aslanov (52 kq), Məmməd Əhmədov, Məhəmmədəli Quliyev (57 kq), Məmmədəli Əliyev (62 kq), Fuad Yunusov (68 kq) və Varis Mehdizadə (75 kq) ölkəmizi təmsil edəcək. 

Son yarış günündə mübarizə aparacaq yunan-Roma güləşçiləri isə məşqçi Əfsər Namazəliyevin rəhbərliyi altında çempionatda iştirak edəcək. Heyətdə Rəşad Həsənli, Zamiq Kərimov (hər ikisi 41 kq), Alim Balaşlı, Cavidan Məmmədli (hər ikisi 44 kq), Teymur Əhmədli (48 kq), Elmir Əliyev (52 kq), Fərid Zeynalabdinov, Xanəhməd Zeynalov (hər ikisi 62 kq), Əli Əlizadə (68 kq) və Emil Əmiraslanov (85 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurlu və Əli Babayev təmsil edəcək. Onlar həmçinin, beynəlxalq dərəcəli hakimlik adı almaq üçün Dünya Güləş Birliyinin təşkil etdiyi kursa qatılacaq, nəzəri və praktiki imtahanda iştirak edəcəklər. 

Azərbaycan Güləş Federasiyasının məlumatı